“Kəpəz” növbəti transferini rəsmiləşdirib.
Msport.az xəbər verir ki, Gəncə klubu Yusif İmanov ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
23 yaşlı qolkiper son olaraq Kosovonun “Malişeva” klubunda çıxış etsə də, o, bu komandada debüt edə bilməyib.
İmanov daha öncə “Sabah”ın şərəfini qoruyub. O, Azərbaycan millisində 1 oyun keçirib.