AZ

Bürclər üçün mühüm həftə: Bəziləri pul tapacaq, digərləri sevgi

18–24 noyabr tarixləri — pul, sevgi, iş, ailə, dostluq və sağlamlıq baxımından hər bürc üçün fərqli enerjilər gətirir.

“Yeni Sabah” xəbər verir ki, astroloji proqnozlarda bəzi bürclərin maliyyə məsələlərində uğur qazanacağı, digərlərinin isə emosional gərginliklər və xaos hissi ilə üzləşə biləcəyi qeyd olunub:

Qoç bürcü bu həftə gözlənilməz gəlir və bonuslar əldə edə bilər. Münasibətlərdə isə köhnə problemlərlə bağlı qərar vermək zamanı gəlir. İşdə yeni layihələr sizi maraqlandıracaq, sağlamlığa diqqət yetirmək isə vacibdir.

Buğa bürcləri xərclərdə ehtiyatlı olmalı, böyük alış-verişləri təxirə salmalıdır. Sevgi münasibətlərində canlanma, işdə nüfuzun artması gözlənilir. Boyun və çiyin ağrılarına fikir vermək tövsiyə olunur.

Əkizlər üçün borc məsələləri həll olunacaq, lakin emosional anlarda mübahisələr mümkündür. İşdə sürətli günlər və vaxt çatışmazlığı olacaq, stressi azaltmaq üçün istirahət vacibdir.

Xərçəng bürcü bu həftə gözlənilməz xərclərlə qarşılaşa bilər. Ailə içi münasibətlərdə harmoniya bərpa olunur, işdə isə sənədlərə diqqət yetirmək lazımdır. İmmunitet zəif ola bilər.

Şirlər investisiya və maliyyə baxımından uğurlu həftə keçirəcək. Yeni tanışlıqlar mümkündür, işdə karyera ilə bağlı dönüş nöqtəsi yarana bilər. Enerjiniz yüksək olacaq.

Qız bürcü xərclərdə qənaət rejimi tətbiq etməlidir. Sevgidə analiz çoxalır, soyuqluq yarana bilər. İşdə detallara diqqət tələb olunur, həzm sistemi həssas ola bilər.

Tərəzilər gəlirin artması ilə yanaşı xərclərin də çoxalacağı bir həftə yaşayacaq. Romantik münasibətlər üçün ideal zamandır, işdə isə yeni əməkdaşlıqlar mümkündür. Stressdən uzaq durmaq vacibdir.

Əqrəblər köhnə alacaqları geri ala bilər, lakin qısqanclıq münasibətləri gərginləşdirə bilər. İşdə yarımçıq qalan işləri tamamlayacaqlar, nəfəs yollarına diqqət yetirmək tövsiyə olunur.

Oxatan bürcü maliyyə sabitliyi əldə edir. Münasibətdə dərin söhbətlər ön plana çıxır, işdə isə yeni planlar qurmaq üçün əlverişli həftədir. Fiziki aktivlik artırılmalıdır.

Oğlaqlar gecikmiş ödənişləri ala bilər, amma emosional qapanma müşahidə oluna bilər. İşdə mühüm görüşlər uğurlu keçəcək, baş ağrılarına diqqət yetirmək vacibdir.

Dolçalar xərcləri diqqətlə planlamalıdır. Keçmişdən kimsə geri dönə bilər, işdə isə yaradıcılıq tələb edən işlərdə uğur qazanacaqlar. Vitamin çatışmazlığına fikir verilməlidir.

Balıqlar bürcü əlavə gəlir və kiçik iş fürsətləri əldə edə bilər. Həssaslıq artacaq, anlaşılmazlıqlar ola bilər. İşdə yeni istiqamət axtarışına başlanır, ruh halının dəyişkən olması mümkündür.

Ümumilikdə, həftə həm fürsətlərlə, həm də sınaqlarla doludur. Astrologlar impulsiv qərarlardan, böyük maliyyə risklərindən və emosional gərginliklərdən uzaq durmağı tövsiyə edirlər. Sağlamlığa diqqət etmək və stressi azaltmaq, bu həftəni daha məhsuldar və sakit keçirməyə kömək edəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr