AZ

"Euronews": Mərkəzi Asiya Sammiti regional inteqrasiya üçün yeni başlanğıc nöqtəsidir - VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya liderlərinin 7-ci Məşvərət Görüşü regional inteqrasiya üçün yeni başlanğıc nöqtəsidir.

Moderator.az xəbər verir ki, bu barədə "Euronews" telekanalının görüşün nəticələrinə həsr olunmuş reportajında deyilir.

Süjetdə vurğulanır ki, görüş iştirakçıları daimi təsisatların yaradılması və diplomatik koordinasiya səviyyəsinin artırılması təkliflərini dəstəkləyiblər.

"Euronews" xatırladır ki, Daşkənddə baş tutan əlamətdar sammit zamanı Azərbaycan formatın tamhüquqlu iştirakçısı kimi qəbul olunub və tərəflər regional əməkdaşlığı məsləhətçi forumdan rəsmi strateji tərəfdaşlığa çevirmək barədə razılığa gəliblər.

Reportajda, həmçinin qeyd olunur ki, inteqrasiya iqtisadi əlaqələrin möhkəmlənməsini əks etdirir: regionda sənaye istehsalının orta artım tempi ildə 6 % təşkil edir ki, bu da qlobal göstəricidən iki dəfə çoxdur.

 

Seçilən
46
1
moderator.az

4Mənbələr