Ronaldinho həbsxanadakı vaxtını “yaxşı” keçirdiyini deyir.

Offsideplus.az xəbər verir ki, canlı futbol əfsanəsi həbsxanadakı təcrübəsindən danışıb. O, əvvəlcə orada çətinliklər və pis vəziyyətlərlə üzləşəcəyini gözləsə də, vəziyyətin gözlədiyindən fərqli olduğunu bildirib. Həbsxana rəsmiləri futbol matçları təşkil edib və ondan oyun zamanı fəndlər göstərərək əyləndirməsi istənib.

Həbsdən bir gün sonra Ronaldinho beş nəfərlik komandada oyun oynayıb və matçı həm nəzarətçilər, həm də həbsxana rəsmiləri izləyib.

Futbolçu ümumilikdə həbsxanadakı vaxtını “yaxşı” keçdiyini vurğulayıb.