AZ

VotsApp-a çoxlu hesab funksiyası gəlir

VotsApp-a çoxlu hesab funksiyası gəlir

VotsApp iOS istifadəçiləri üçün beta versiyasında çoxlu hesab dəstəyini istifadəyə verib. Bu yeni funksiya ilə gizliliyi və ya söhbət tarixçəsini təhlükəyə atmadan tətbiqdə bir neçə hesabı idarə etmək mümkün olacaq.

Beta test istifadəçiləri VotsApp-ın parametrlərə “Hesab Siyahısı” adlı yeni bir bölmə əlavə etdiyini qeyd ediblər.

WaBetaInfo-ya görə, tez-tez hesab dəyişdirmək ehtiyacı olanlar üçün daha əlverişli bir düymə də QR kod işarəsinin yanında görünür. Dizayn bir neçə profilin idarəsini son dərəcə asanlaşdıracaq şəkildə hazırlanıb.

Hazırda beta versiya cihaz başına maksimum iki hesabı dəstəkləyir. Bu hesablar ya tamamilə yeni hesab yaradılaraq, ya da əlavə hesabın aktiv olduğu digər bir cihazdan QR skan yolu ilə qoşularaq əlavə edilə bilər.

Hər biri öz söhbət tarixçəsinə, bildiriş parametrlərinə və ehtiyat nüsxə planına malik olaraq müstəqil işləyir. Buna görə də bir hesabdakı söhbətlər və bildirişlər digər hesabla qarışmır və onu əngəlləmir.

VotsApp “Tətbiq Kilidi” funksiyasını da çoxlu hesab quruluşuna daxil edib. “Tətbiq Kilidi” aktiv olan bir hesaba keçid edilərkən, tətbiq istifadəçilərdən Face ID, Touch ID və ya cihaz şifrələrindən istifadə edərək şəxsiyyətlərini təsdiqləmələrini istəyəcək. Əlavə edilmiş bu təhlükəsizlik funksiyası bir neçə hesab istifadə edilərkən belə həssas söhbətlərin və şəxsi məlumatların qorunmasını təmin edir.

TechNave-ə görə, bu yeniləmənin digər böyük faydası VotsApp-ın ehtiyat nüsxələri ağıllı şəkildə idarə etməsidir. Tətbiq bir hesabın ehtiyat nüsxə vaxtının digər hesabla üst-üstə düşməməsini təmin edərək, məlumat itkisinin baş verməsinə səbəb ola biləcək toqquşmaları asanlıqla qarşısını alır. Nəticədə istifadəçilər hər iki hesab üçün eyni zamanda problemsiz və fasiləsiz ehtiyat nüsxələri davam etdirə bilərlər.

Hazırda bir neçə hesabla daxil olma funksiyası yalnız iOS-da müəyyən beta test istifadəçilərinə təqdim olunub. Lakin VotsApp bu funksionallığı gələcək yeniləmələrdə daha çox istifadəçiyə yaymağı planlaşdırır.

Seçilən
35
afn.az

1Mənbələr