AZ

İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir

İstanbulun

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən Fatihdə yerləşən bir oteldə qalan Böcek ailəsinin zəhərlənmə şübhəsi ilə həyatını itirməsi faktı ilə bağlı genişmiqyaslı istintaq aparılır. Almaniyadan İstanbulə səfər edən Servet Böcek, həyat yoldaşı Çiğdem Böcek və azyaşlı övladları Kadir Muhammet Böcek (6 yaş) və Masal Böcek (3 yaş) 12 noyabr tarixində qusma və halsızlıq şikayətləri ilə xəstəxanaya yerləşdirilmiş, azyaşlılar müdaxiləyə baxmayaraq vəfat etmişdir. Ana 14 noyabrda, ata isə 17 noyabrda həyatını itirmişdir.İstintaq çərçivəsində ailənin qida qəbul etdiyi müxtəlif obyektlərdə çalışan şəxslərdən ifadələr alınıb. Midyəçi Y.D, lokumçu F.T, kokoreççi E.E və kafe sahibi F.M.O məhkəmə qərarı ilə həbs edilib. Şübhəlilər satdıqları məhsulların təhlükəsiz olduğunu və həmin gün eyni məhsullardan yüzlərlə müştərinin istifadə etdiyini bildiriblər.Hadisənin oteldə aparılan dərmanlama prosesi ilə əlaqəli ola biləcəyi ehtimalları araşdırılır. Dərmanlama şirkətində çalışan işçi D.C otaqda dərmanlama işini apardığını və qapı-pəncərələrin sızmanın qarşısı alınsın deyə bantlandığını təsdiqləyib. Lakin şirkət rəhbərliyi istifadə edilən dərmanların öldürücü təsirə malik olmadığını iddia edir.Otel rəsmiləri isə müəssisədə daha əvvəl heç bir oxşar şikayətin qeydə alınmadığını bildiriblər. Hadisə baş verən otaqda qalan iki turist də oxşar simptomlarla xəstəxanaya yerləşdirilib.Hazırda 7 şübhəli barəsində hüquqi prosedurlar davam edir. Baş Prokurorluq ailənin ölüm səbəbi ilə bağlı son nəticələri ekspertiza hesabatlarından sonra ictimaiyyətə açıqlayacağını bildirib.Ulusum.az

Diqqət Çəkənlər

Asan və Dadlı Xəmir Resepti VİDEO

Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU

Kvadratlar ərazisində kanalizasiya boruları hara yoxa çıxdı?

Seçilən
56
ulusum.az

1Mənbələr