AZ

Baş məşqçi postuna təsdiqləndi - 3 illik müqavilə imzalandı

“Borussiya”nı (Münhenqladbax) müvəqqəti çalışdıran Oyqen Polanskinin vəzifəsi dəqiqləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis komandanın əsas baş məşqçisi təyin edilib.

Polşalı çalışdırıcı ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. O, bu ilin oktyabr ayından “Borussiya”nın baş məşqçisi vəzifəsini icra edirdi.

Polanski Herardo Seoaneni istefaya göndərməsindən sonra komandanın “sükanı arxası”na keçmişdi.

Polanskinin rəhbərliyi altında komanda 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə məğlub olub.

“Borussiya” Bundesliqada 10 turdan sonra 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Seçilən
32
sportinfo.az

1Mənbələr