AZ

Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub (FOTO)

Bakı. Trend:

Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili TeatrındaXalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasındasəhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub.Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimaiBirliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva vəAlena Əliyeva iştirak edib, tamaşanı izləyiblər.

Trend xəbər verirki, “Gülçöhrə və Əsgər” ikihissəli musiqili dramı dahi ÜzeyirHacıbəylinin “Arşın mal alan” əsərinin davamıdır.

Yeni səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi CavanşirQuliyev jurnalistlərə açıqlamasında tamaşaya fərqli yanaşmaolunduğunu diqqətə çatdırıb. “Bu əsər “Arşın mal alan”dan fərqliolaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçınıdaim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərlitəcrübə oldu”, - deyə bəstəkar əlavə edib.

Həm “Arşın mal alan”, həm də “Gülçöhrə və Əsgər” tamaşalarındaƏsgər obrazının ifaçısı, Prezident mükafatçısı Səmədzadə Xasiyevvurğulayıb ki, rolların ikisi də xarakterikdir. Yaradıcı heyətintamaşa üzərində uzun müddət çalışdığını bildirən aktyor deyib:“Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeniəsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanlarıyaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcıbaxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərtdönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrünmənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər,Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgihekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini vəsarsılmaz ruhunu əks etdirən bədii salnamədir”.

İkihissəli musiqili dramda Telli obrazını canlandıran ElnarəNağdəliyeva qeyd edib ki, o, mərhəmətli və şən qadındır. “Obrazındaxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım.Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütüngərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını vəbəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isəFransaya qədər uzanan çətin yola çıxır”, - deyə aktrisa əlavəedib.

“Gülçöhrə və Əsgər”in tamaşaçısı, Əməkdar incəsənət xadimiMəryəm Əlizadə səhnə əsərindən təsirləndiyini deyib: “TamaşaAzərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimaihadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvizərbələrin acı nəticələrini incə ustalıqla əks etdirib. Gülçöhrə vəƏsgərin mürəkkəb taleyi tamaşada yüksək sənətkarlıqla təqdim olunurvə izləyicidə güclü emosional təəssürat yaradır”.

Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərov, dirijoru FəxrəddinAtayev, baletmeysteri Nigar Şahmuradova, xormeysteri VaqifMəstanovdur.

Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov,Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva,Atilla Məmmədov, aktyorlar Faiq Mirzəyev, Gültac Əlili, GülnarəAbdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov,Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, NicatHəbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.

Akademik
Akademik
Akademik
Akademik
Akademik
Akademik
Akademik
Akademik
Seçilən
29
23
az.trend.az

10Mənbələr