ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündən paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, həmin paylaşımda deyilir:
“Zəngəzur Dəhlizi - Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündə. Əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm mərkəz və kəsişmə nöqtəsi: Şanxaydan Londona qədər uzanan Şərq–Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə, Fars körfəzini isə Qara dənizlə birləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutları”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.