AZ

“İran anlaşma istəyir – biz dialoqa artıq başlamışıq” - Trampdan gözlənilməz və SENSASİON açıqlama

ABŞ prezidenti Donald Trampın İranla mümkün razılaşma barədə səsləndirdiyi son açıqlama beynəlxalq siyasi gündəmdə sensasiya kimi qarşılanıb.

Musavat.com-un xəbərinə görə, Tehran tərəfi anlaşma əldə etməyə ciddi maraq göstərir və ABŞ-la dialoqun ilkin mərhələsi artıq başlayıb.

“Fikrimcə, onlar anlaşma bağlamağı çox istəyirlər. Mən buna tam açığam. Biz danışıqlar aparırıq, prosesi başlatmışıq və düşünürəm ki, İranla razılaşma əldə etmək yaxşı olardı”, – deyə ABŞ prezidenti vurğulayıb.

Bu bəyanat son aylarda Vaşinqton–Tehran xəttində hökm sürən sərt qarşıdurma fonunda xüsusilə diqqət çəkir.

Xatırladaq ki, iyun ayında ABŞ və İran qüvvələri arasında 12 günlük gərgin hərbi toqquşma yaşanmış, onlarla zərbə endirilmiş və region bir addımlığında genişmiqyaslı müharibənin astanasına gəlmişdi. Bu dövrdən etibarən tərəflərin ritorikası daha da sərtləşmiş, xüsusilə İran rejiminə bağlı tanınmış simalar ABŞ və İsrailə qarşı yeni müharibəyə hazır olduqlarını bəyan edirdilər.

Bu baxımdan Trampın qəfil “rahat tonda” anlaşma mesajı verməsi həm sensasion, həm də manidar sayılır. Son həftələrdə Vaşinqtonla Tehran arasında açıq sözlü savaş davam etsə də, görünür, paralel şəkildə gizli diplomatik kanallar da işə düşüb – üstəlik, təşəbbüsün daha çox İran tərəfindən gəldiyi iddia olunur. Bu isə prosesi həm maraqlı, həm də qaranlıq detallarla zəngin bir siyasi dinamikaya çevirir.

Açıqlamanın verildiyi zaman və məkan da diqqətdən yayınmır. Tramp bu bəyanatı Vaşinqtonda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı qəbul edərkən səsləndirib. Regionda İranla açıq rəqabət aparan Riyadın nümayəndəsinin iştirak etdiyi görüşdə belə bir mesajın açıqlanması diplomatik kontekstə əlavə məna qatır və Yaxın Şərqdə yeni balansın formalaşması ilə bağlı ehtimalları gücləndirir.

Musavat.com

Seçilən
40
50
musavat.com

10Mənbələr