Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Osman Gündüz,
Multimedia Mərkəzinin rəhbəri
***
XRİTDX-nin sıravilərindən tutmuş generallarınadək hər birinə növbədənkənar bir ulduz vermək məntiqli olardı.
Cloudflare-in çöküşü ilə bağlı qlobal proseslərə baxıram.
3 saatdan çox davam edən bu nasazlıq artıq “qlobal fəlakət” kimi qiymətləndirilir. Hətta ChatGPT və X kimi nəhəng qlobal platformalar belə dayanıb. İnternet trafikin 20% nəzarət edən bu şirkətdə indiyə qədər heç vaxt belə uzunmüddətli çöküş qeydə alınmamışdı. Cloudflare statistikasından görünür ki, təkcə Azərbaycanda təxminən 9 min sayt çöküb.
Amma yenə bir məqamı vurğulamaq istəyirəm: adətən dövlət qurumlarının resursları çökəndə ən çox tənqid edən mən olmuşam.
Maraqlıdır ki, bu dəfə hamı çökdü, amma dövlət sektoru — AzStateNet dövlət şəbəkəsi və Gov.az zonasında olan resurslar tab gətirdi.
XRİTDX-in uzun illər ərzində qurduğu AzStateNet dövlət şəbəkəsi və Gov.az infrastrukturu öz dayanıqlığını sübut etdi və qlobal çöküşə tab gətirdi.
Bir anlıq təsəvvür edin ki, dövlət sektoru 3 saatlıq çöküb! Bu, ağlasığmaz bir vəziyyət olardı.
Məhz buna görə də XRİTDX-in illərlə formalaşdırdığı peşəkar, lokal və dayanıqlı müdafiə sistemi bu gün öz real nəticəsini göstərdi.
Səmimi deyim: nəhəng işdir.
Kritik sektorda, kibertəhlükəsizlik kimi sahədə belə sınaqlardan üzüağ çıxmaq çox böyük uğurdur, təqdirəlayiq addımdır.
Onlar real, qlobal sınaqda dövlətin informasiya təhlükəsizliyini qorumağı bacardılar.
XRİTDX-in bütün komandasını təbrik edirəm.
Əminəm ki, dövlətin rəqəmsal bünövrəsinin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fədakarlıqları layiqli şəkildə qiymətləndiriləcək.
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.