AZ

Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji tərəfdaşlıq gücləndirilib

Bakı. Trend:

Azərbaycan və Polşa bank assosiasiyaları arasında stratejitərəfdaşlıq gücləndirilib.

Trend xəbər verir ki, bunu bu gün Polşa Banklar Assosiasiyasınınİcraçı vitse-prezidenti Vlodzimierz Kiçinski bu gün Bakıdakeçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.

Polşalı maliyyəçi çıxışında Azərbaycan Banklar Assosiasiyası iləPolşa Banklar Assosiasiyası arasında uzunmüddətli stratejiəməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin davametdiyini deyib. Onun sözlərinə görə, iki ölkə arasında mövcuddostluq münasibətləri, uğurlu iqtisadi əməkdaşlıq tarixi və artanikitərəfli ticarət gələcək əməkdaşlığın daha da möhkəmlənməsi üçünəlverişli şərait yaradır: "Polşa Banklar Assosiasiyası ölkədəfəaliyyət göstərən demək olar bütün bankları təmsil edir. HazırdaPolşada 550 bank mövcuddur. Bunlara 65 kommersiya bankı və kəndtəsərrüfatı bölgələrində aktiv fəaliyyət göstərən təxminən 500kooperativ bank daxildir. Bank sektorunun əsas çağırışlarıgeopolitik proseslər, investisiya həcminin artması və müştəritələblərinin daha yüksək səviyyədə təmin olunması iləbağlıdır".

"Polşada özəl və dövlət bankları arasında effektiv əməkdaşlıqmövcuddur. Bank texnologiyaları forumunun fəaliyyəti də sektordainnovativ həllərin tətbiqi baxımından mühüm rol oynayır.

Polşa bank müştərilərinin 50 faizindən çoxu yalnız mobilbankçılıqdan istifadə edir. Ölkənin bank sistemi müasir, effektivvə yüksək kapitallaşmış hesab edilir. Dünyanın 34 rəqəmsal banklideri arasında 4 Polşa bankının yer alması da bunungöstəricisidir", - Vlodzimierz Kiçinski vurğulayıb.

Məqalədə:
Seçilən
45
3
az.trend.az

4Mənbələr