AZ

462 yaşlı xan çinar və ondan da qədim məscid - FOTO

İsmayıllı rayonu Basqal kəndində turizm zonasının yaradılması işləri davam etdirilir.

Modern.az xəbər verir ki, Basqalın bazar meydanındakı Şeyx Məhəmməd məscidində əsaslı təmir işləri aparılır.

Şeyx Məhəmməd məscidi 1531-ci ildə Bazar meydanının yuxarı hissəsində inşa edilib. 1531-ci ildən XX əsrin ortalarına kimi məscid və onun həyətyanı sahəsi dini məqsədlə istifadə edilib. Burada tarixi mədrəsə fəaliyyət göstərib. Həmin mədrəsəyə aid əlyazma kitablar bu gün də "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda nümayiş etdirilir. 

Dövlət Turizm Agentliyinin rəsmisi Elşən Mustafayev bildirib ki, məscidin qarşısındakı xan çinarın sənədli - kitabə ilə 1563-cü ildə əkildiyinin sübutu var.

1567, 1859 və 1902-ci illərdə baş vermiş Şamaxı-Şirvan zəlzələlərində məscid dağılıb və sonralar bərpa edilib. 1970-ci ildə güclü yanğın tikiliyə ziyan vurandan sonra yerli əhali onun üst hissəsini bərpa edib. 

Basqalın bazar meydanında digər məscid - Hacı Bədəl məscidində də təmir işləri aparılır. Məscid minarəli deyil, güldəstə (minarəyə bənzər) ilə inşa edilib.

Cavid Zahidoğlu
 

1478827

Seçilən
3
1
modern.az

2Mənbələr