AZ

“Youtube”a giriş bərpa olundu Yenilənib

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, ötən gün qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem baş verib.

“Qafqazinfo” xəbər verir ki, nasazlıq nəticəsində müxtəlif ölkələrdə çoxsaylı internet resurslarına girişdə problemlər yaranıb.

Bununla əlaqədar olaraq, gecə saatlarından etibarən Azərbaycanda “Youtube” və “X” platformalarının işində problem yaranıb. İstifadəçilər bu resurslara daxil olmaqla bağlı çətinliklərlə üzləşirlər.

Qeyd edək ki, dünya üzrə sözügedən platformalara girişdə hər hansı problem müşahidə olunmayıb.

“Downdetector” xidməti də Azərbaycanda nasazlıqlar barədə məlumatların daxil olduğunu təsdiqləyib.

***

Ölkəmizdə “Youtube”a girişdəki problem aradan qaldırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
4
qafqazinfo.az

5Mənbələr