Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji tərəfdaşlıq gücləndirilib.
Teleqraf xəbər verir ki, bunu Polşa Banklar Assosiasiyasının İcraçı vitse-prezidenti Vlodzimierz Kiçinski bu gün Bakıda keçirilən 9-cuBeynəlxalq Bankçılıq Forumunda bildirib.
O, çıxışında Azərbaycan Banklar Assosiasiyası ilə Polşa Banklar Assosiasiyası arasında uzunmüddətli strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin davam etdiyini deyib:
"Polşa Banklar Assosiasiyası ölkədə fəaliyyət göstərən demək olar bütün bankları təmsil edir. Hazırda Polşada 550 bank mövcuddur. Bunlara 65 kommersiya bankı və kənd təsərrüfatı bölgələrində aktiv fəaliyyət göstərən təxminən 500 kooperativ bank daxildir. Bank sektorunun əsas çağırışları geopolitik proseslər, investisiya həcminin artması və müştəri tələblərinin daha yüksək səviyyədə təmin olunması ilə bağlıdır. Polşada özəl və dövlət bankları arasında effektiv əməkdaşlıq mövcuddur. Bank texnologiyaları forumunun fəaliyyəti də sektorda innovativ həllərin tətbiqi baxımından mühüm rol oynayır.
Polşa bank müştərilərinin 50 faizindən çoxu yalnız mobil bankçılıqdan istifadə edir. Ölkənin bank sistemi müasir, effektiv və yüksək kapitallaşmış hesab edilir. Dünyanın 34 rəqəmsal bank lideri arasında Polşanın 4 bankının yer alması da bunun göstəricisidir", - deyəVlodzimierz Kiçinski qeyd edib.