AZ

"myGov" platformasının aktiv istifadəçilərinin sayı məlum olub

Bakı. Trend:

"myGov" platformasının aktiv istifadəçilərinin sayı artıq 800mindən çoxdur, ümumi istifadəçi sayı isə 2 milyona çatıb.

Trend xəbərverir ki, bunu bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin(İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov 9cu Beynəlxalq BankçılıqForumunda bildirib.

O, ölkənin rəqəmsal xidmətlər ekosistemində əldə olunan sonnəticələrlə bağlı məlumat verib.

Onun sözlərinə görə, "myGov" platformasının aktivistifadəçilərinin sayı artıq 800 mindən çoxdur, ümumi istifadəçisayı isə 2 milyona çatıb. Osmanov bildirib ki, maliyyə sektoru ilədövlətin rəqəmsal infrastrukturunun inteqrasiyasını təmin edən birneçə məhsul mövcuddur və bu istiqamətdə əsas həllərdən biri DigitalFinans sistemidir. Hazırda bu sistemə 104-dən çox maliyyəmüəssisəsi qoşulub.

"Digital Finans" vasitəsilə bu günədək 300 milyona yaxıntranzaksiya icra olunub. Həmçinin hər gün maliyyə sektorutərəfindən vətəndaşların identifikasiyası məqsədilə 300 mindənartıq məlumat sorğusu göndərilir", - o qeyd edib.

İRİA sədrinin sözlərinə görə, rəqəmsallaşmanın əsashədəflərindən biri dövlət idarəçiliyində tam kağızsız hökumətmodelinə keçiddir: "Artıq dövlət qurumları arasında yazışmalar tamelektron formada həyata keçirilir. Bu proses Rəqəmsal SənədDövriyyəsi alt-sistemi vasitəsilə idarə olunur".

Sistem həmçinin, biznes subyektlərinə və vətəndaşlara myGovüzərindən rəqəmsal müraciətlər göndərmək imkanı yaradır.

Fərid Osmanov bildirib ki, bir neçə bank artıq Rəqəmsal SənədDövriyyəsinə inteqrasiya olunub, digər maliyyə təşkilatlarında isəproses davam edir. Onun fikrincə, yaxın gələcəkdə maliyyə sektoruilə dövlət qurumları arasında tam kağızsız yazışma mümkünolacaq.

Seçilən
17
1
az.trend.az

2Mənbələr