AZ

Mərhum Xalq artistinin zinət əşyalarını kim oğurlamışdı? - Video

Azərbaycanın tanınmış rəqqasəsi, Xalq artisti Roza Cəlilova 97 yaşında vəfat edib. O, Bakının Səbail rayonunda yaşadığı mənzildə dünyasını dəyişib.

“Yeni Sabah” xəbər verir ki, bir neçə ay əvvəl sənətkarın ailəsində qalmaqal yaşanıb və mövzu medianın diqqətinə düşüb.

Mərhum rəqqasə qızından polisə şikayət etmişdi. O, Səbail Rayon 9-cu Polis Bölməsinə müraciət edərək iddia etmişdi ki, qızı ondan 4 ədəd brilyant qaşlı sırğa və digər bahalı zinət əşyalarını alaraq qaytarmayıb:

“Oğlum və qızım hər ikisi savadlı insanlardır. Onların bir-biriləri ilə yola getməməsi məni çox əzir. Mən harasa gedəndə hədiyyələrimi övladlarıma tapşırıram. Əmanət edirəm, sonra gəlib görürəm ki, yoxdur… Bu, bir evdir, hamısı sizindir, niyə yola getmirsiniz? Pis şeydir. Qızımın xasiyyəti ağırdır, sözə baxmır”.

O əlavə etmişdi ki, zinət əşyalarını qızı Yeganəyə əmanət verdiyini, lakin sonradan əşyaların itdiyini öyrənib:

“İtibsə, canı sağ olsun, lakin çox müəmmalıdır. Ərizəni geri götürdüm ki, camaat eşidib-bilməsin, çünki uzaq adam deyil, qızımdır. Ya qaytarsın, ya da pulunu göndərsin. Adam özününkünə bunu etməz”.

Mərhum Xalq artisti zinət əşyalarını kimin götürdüyünün araşdırılmasını istədiyini demişdi, çünki oğlunun həmin əşyaların dəyərinə ehtiyacı varmış.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Seçilən
56
yenisabah.az

1Mənbələr