AZ

“Google” “Gemini 3 Pro”nu təqdim etdi


“Google” süni intellekt agentlərindən istifadə edərək, tapşırıqlar yaratmaq və yerinə yetirmək üçün nəzərdə tutulmuş yeni “Gemini 3 Pro” dil modelini təqdim edib.
Yeniavaz.com
“Google”a istinadla xəbər verir ki , yeniləmələr artıq həm “Google AI” məhsulu abunəçiləri, həmçinin, bəzi pulsuz istifadəçilər üçün əlçatandır.
Şirkətdən verilən məlumata görə, “Gemini 3 Pro” “Gemini 2.5 Pro” ilə müqayisədə əsas meyarlarda əhəmiyyətli irəliləyiş nümayiş etdirir və geniş spektrli mürəkkəb tapşırıqları həll etməyə qadirdir.
Şirkət qeyd edir ki, model təkcə istifadəçinin gözlədiyi cavabları deyil, vacib məlumatları da təmin edir.
“Google” iddia edir ki, sistem sorğuları daha yaxşı təhlil edir və daha interaktiv və dəqiq cavablar verir. “Gemini 3 Pro” tezliklə bütün ABŞ istifadəçiləri üçün əlçatan olacaq. Digər tərəfdən, “Google AI”nin “Plus”, “Pro” və “Ultra” abunəçiləri artırılmış limitlər əldə edəcəklər.
Tərbiqi aktivləşdirmək üçün “Thinking” rejimini seçmək lazım gələcək.
Şirkət həmçinin “Gemini 3”ün təkmilləşdirilmiş düşünmə rejimi olan “Deep Think”i təqdim edib. “Google”un bildirdiyinə görə, yeni rejim bir sıra testlərdə daha yüksək nəticələr göstərir.
Hazırda tətbiqə giriş məhdud olsa da, yaxın həftələrdə o, “Google AI Ultra” abunəçiləri üçün əlçatan olacaq.
Seçilən
13
yeniavaz.com

1Mənbələr