AZ

Mədəniyyət Nazirliyi məni qəbul etmədi Əməkdar artist çətin durumdadır

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Əməkdar artist Elza Qaybalıyeva çətin həyatı olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, "Baku TV"yə müsahibə verən xanəndə səhhətində ciddi problem olduğunu, çalışa bilmədiyini bildirib. 200 manat təqaüd alan E.Qaybalıyeva Mədəniyyət Nazirliyinə müraciət etdiyini, amma müsbət cavab almadığını deyib:

"200 manat məvacib alıram, heç komunalın yarısına çatmır. Sağlam olsam, gedib işləyərəm, daş qaldıraram. Maşınlara daş yükləyərəm, bilərəm ki, axşam evimə alnıaçıq gəldim, pulum, dolanışığım var. Amma sağlam deyiləm, ağır şəkər xəstəsiyəm, tez-tez komaya düşürəm. Heç olmasa 1 ildən bir müalicə olunmalıyam. Buna da pul lazımdır.

Axırıncə dəfə Mədəniyyət Nazirliyinin qəbuluna getdim, qəbul etmədilər. Dedilər, imtahan verməlisiniz, ondan sonra baxılacaq ki, sizi hara göndərəcəyik. Çox pərişan oldum. İllərin sənətkarıyam, ömrümü bu sənətə həsr etmişəm. Türkiyədə yeganə qadın muğam ifaçısı mən olmuşam ki, kasetlərim Avropaya satılıb. Sənətkara dəyər verilməyəndə küsür. İllərdir Muğam Teatrı bağlıdır. Hər yerə müraciət etdim, yada salan olmadı. Muğam Teatrında işlədiyim vaxtlarda Ağdam Musiqi Məktəbində dərs dedim, tədbir çox olurdu, çatdıra bilmədim və çıxdım. Şuşa Kollecində müəllimlik etdim. Sonradan qərar çıxdı ki, əsas dövlət işin olmasa, bu işdən də azad olursan. Buna görə də işlərdən azad edildim".

Məsələyə Mədəniyyət Nazirliyinin əməkdaşı münasibət bildirib. Qeyd edilir ki, bu cür hallara Bədi Şuaralarda baxılır. Bədii Şura isə hər müəssənin özündə fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
axsam.az

1Mənbələr