AZ

DÇ-2026 üçün pley-off səbətləri müəyyənləşdi: Türkiyə...

style='margin-bottom:10px;'>

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının iştirakçılarının yer aldığı səbətlər müəyyənləşib.

QOL.az xəbər verir ki, səbətlərin tərkibi aşağıdakı kimidir: 

1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;

2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;

3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;

4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Pley-off iştirakçıları mundiala vəsiqə uğrunda iki tək matçlıq raund - yarımfinal və final qarşılaşmaları oynayacaqlar. Hər səbətin qalibi 2026-cı il dünya kubokunun final mərhələsinə vəsiqə qazanacaq.

Yarımfinal oyunları martın 26-da, final görüşləri isə martın 31-də keçiriləcək. Pley-offun püşkatma mərasimi isə noyabrın 20-də olacaq.

Seçilən
117
48
teleqraf.com

10Mənbələr