AZ

Gələn il təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur

Bakı. Trend:

2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olantəhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılmasınəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri iləmüqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətlibüdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil vəelm xərcləri 36 faiz artacaq.

Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev MilliMəclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsizamanı deyib.

Nazir bildirib ki, növbəti ildə dövlət sifarişi və dövləthesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə,təqaüd alanların sayı isə 121 min nəfərə çatacaqdır. Gələn iləlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələrivə müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manatvəsait proqnozlaşdırılmışdır.

Seçilən
44
24
az.trend.az

10Mənbələr