AZ

Bu yolayrıcında həyəcan təbili çalınmalıdır: Hər gün qəzalar baş verir VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol nişanlarına məhəl qoymayan sürücülər qəzaya düşürlər. Avtosfer.az xəbər verir ki, bu yolayrıcında demək olar ki, hər gün qəza baş verir. Belə ki, körpünün altından Azadlıq prospekti istiqamətinə gedən sürücülərə “baş yol” nişanı, Ziya Bünyadov prospekti ilə hərəkət edənlərə isə “yol ver” nişanı quraşdırılıb. Lakin Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər yol nişanına əməl etmədikləri üçün yolayrıcında qəzalar baş verir. Avtosfer.az həmin yolayrıcında baş verən qəzaların görüntülərini əldə edib.

Baş verən hadisələr göstərir ki, həmin yolayrıcında svetoforun quraşdırılması artıq zərurətə çevrilib. Ya həmin ərazidə mütəmadi olaraq cərimələr tətbiq edilməlidir ki, sürücülər bundan nəticə çıxarsın, ya da ki, təhlükəsizliyin təmin edilməsi üçün yolayrıcı svetoforla tənzimlənməlidir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
avtosfer.az

1Mənbələr