Rusiyanın “Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) Yak-130M təlim-döyüş təyyarəsini ölkə xaricində ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Dubai Airshow 2025” sərgisində təqdim edir.
“Poliqon” “Rosoboroneksport” istinadən xəbər verir ki, həmçinin beşinci nəsil Su-57E qırıcısı və İl-76MD-90A hərbi nəqliyyat təyyarəsi də sərgidə nümayiş olunur.
Qeyd edək ki, Yak-130M, “Birləşmiş Aviasiya Korporasiyası”nın “A.S.Yakovlev” adına Sınaq-Konstruktor Bürosu tərəfindən hazırlanmış Yak-130 təlim-döyüş təyyarəsinin modernləşdirilmiş versiyasıdır. Modernləşdirmənin əsas məqsədi xarici bazarda rəqabət qabiliyyətini artırmaq üçün təyyarənin döyüş qabiliyyətini genişləndirməkdir. Yak-130M, ilk növbədə, daha ağır və bahalı təyyarələr almağı planlaşdırmayan xarici müştərilər üçün maraqlı olacaq.
Yenilənmiş Yak-130M təyyarəsinin silah arsenalı adi Yak-130 ilə müqayisədə xeyli genişdir. İstehsalçının bildirdiyinə görə, bura “hava-hava” raketləri, peyk və lazer yönləndirmə sistemlərinə malik yüksək dəqiqlikli “hava-yer” silah sistemləri daxildir.
Yak-130M təyyarəsi imkanlarını əhəmiyyətli dərəcədə artıran sistemlərlə də təchiz edilib. Bunların arasında BRLS-130R hava radar stansiyası, SOLT-130K optik-lazer termal televiziya sistemi, Prezident-S130 havadan müdafiə kompleksi və KSS-130 rabitə kompleksi yer alır.
Yeni sistemlər və silahlar Yak-130M təyyarəsinin gecə-gündüz və əlverişsiz hava şəraitində təlim və döyüş məqsədləri üçün istifadəsini təmin edəcək.
Xatırladaq ki, Rusiya Yak-130M-i ilk dəfə Moskvada keçirilmiş “Army-2024” beynəlxalq hərbi-texniki forumunda təqdim edib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */


