Bakı. Trend:
Qırğızıstan Türkdilli Dövlətlərin Təşkilatına (TDT) üzvdövlətlərin Qızıl Aypara Şəbəkəsində sədrlik vəzifəsini Azərbaycanatəhvil verdiyini elan edib.
Trend xəbər verirki, bunu bu gün Qırğızıstanın Milli Qızıl Aypara Cəmiyyətininprezidenti Çingiz Çakipov TDT-nin Qızıl Aypara Şəbəkəsirəhbərlərinin Bakıda keçirilən iclasında bəyan edib.
Qırğızıstan Milli Cəmiyyətinin rəhbəri sədrlik vəzifəsiniAzərbaycanın Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanatəhvil verib.
O, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin zəngin təcrübəsi vəgüclü rəhbərliyinin Şəbəkəyə yeni nailiyyətlər qazandıracağınaəminlik ifadə edib.
“Bugünkü görüş yalnız sədrlik vəzifəsinin təhvil verilməsi anıdeyil, həm də qardaşlıq, həmrəylik ruhu və ortaq türkdillidəyərlərlə idarə olunan məqsədlərə və birliyə olan ümumisadiqliyimizi təsdiqləmək üçün bir fürsətdir”, – deyə Çakipov qeydedib.
O əlavə edib ki, TDT üzv dövlətlərin Qızıl Aypara və Qırmızı Xaçcəmiyyətlərinin səyləri birləşdirilmişdir və TDT Baş KatibiKubanıçbek Ömuralıyevin iştirakı ilə yeni bəyannaməsinin qəbuledilməsi Şəbəkənin gələcək inkişafı üçün vacib bir addım olub.