AZ

Çingiz Cakipov: “Qırmızı Şəbəkə”nin yaradılması böyük strateji əhəmiyyət daşıyır

Bakı, 19 noyabr, AZƏRTAC

“Qırmızı Şəbəkə” platformasının yaradılması olduqca vacib və doğru zamanda atılan addımdır. Bizim qarşılıqlı əməkdaşlığımız, aktiv və davamlı münasibətlərimiz birliyimizin gücünün və bir-birimizə olan sadiqliyin ən bariz göstəricisidir. Bu əməkdaşlıq həm humanitar sahədə, həm də beynəlxalq miqyasda ortaq mövqeyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin və Türk Qırmızı Şəbəkəsinin prezidenti Çingiz Cakipov səsləndirib.

Onun sözlərinə görə, aparılan işlər və əldə olunan nəticələr göstərir ki, bu istiqamətdə səylər daha da artırılmalıdır. “Məhz buna görə “Qırmızı Şəbəkə”nin yaradılması böyük strateji əhəmiyyət daşıyır. Bu şəbəkə bizə həmrəylik prinsipləri əsasında daha koordinasiyalı fəaliyyət göstərməyə, fövqəladə hallarda sürətli və təsirli reaksiya verməyə imkan yaradacaq. Əminəm ki, bu platforma Türk dünyasının humanitar dəyərlərinin güclənməsinə, yardımlaşma ənənələrinin davam etdirilməsinə və bütün regionda sabitliyə töhfə verəcək”, - deyə Çingiz Cakipov əlavə edib.

 

Seçilən
18
azertag.az

1Mənbələr