Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün CEV Kubokunda yarışan kişi voleybolçulardan ibarət "Azərreyl" komandası bu gün növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab oyununda Niderlandın "Orion Stars" kollektivi ilə qarşılaşacaq.
Bakıda keçirilən ilk görüşdə 1:3 hesabı ilə uduzan "Azərreyl" səfər matçında revanş almağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, cütün qalibi 1/16 finalda İsveçrənin "Amrisvil" komandası ilə qarşılaşacaq.
CEV Kuboku
1/32 final, cavab oyunu
19 noyabr
23:00 "Orion Stars" (Niderland) – "Azərreyl" (Azərbaycan)
(ilk oyun - 3:1)