AZ

Yeni ilin büdcəsində kirayə vergisi azaldılacaqmı?

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bu gün Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi başlayır. Baş nazir Əli Əsədov də gələcək. Bu, azalan neftin büdcəsidir.

Yeni ildə ölkə maliyyə naziri Sahil Babayevin "qayçıladığı" yeni büdcə ilə yaşayacaq.

Neft azalır, vergilər və cərimələr isə durmadan artırılır. Yeni ildən kirayə verilən mənzillər də vergiyə cəlb olunacaq. Hazırda Bakı şəhərində rəsmi qaydada - müqavilə ilə kirayə verilmiş mənzillərin sayı 25-30 min arasındadır. Bu da ümumi mənzil fondunun 5-7 faizi qədərdir. Hökumət kirayəçiləri müqavilə bağlamağa həvəsləndirmək üçün kirayəhaqqından vergi dərəcələrini 14 faizdən 10 faizə endirib. Ancaq Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Vüqar Bayramovun fikrincə, bu vergi dərəcəsi yüksəkdir. Deputat özünün feysbuk səhifəsində yazıb ki, kirayə verilən mənzillərə görə vergi Avstriyada 5,7 faiz, Gürcüstanda 5 faizdir. Rusiyada (patyaxt Moskvada) bu vergi 4 faizdir.

İndi nəzərlər Milli Məclisdəki büdcə müzakirələrinə yönəlib: kirayə vergiləri daha da aşağı salınacaqmı?!

Bu sualın cavabı qarşıdakı günlərdə məlum olacaq.

Seyid Əhmədli,

bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
bizimyol.info

1Mənbələr