AZ

Yaponiyada güclü yanğın: Azı 170 ev yararsız hala düşüb

Yaponiyanın Oita əyalətində liman yaxınlığındakı yaşayış bölgəsində baş verən yanğında 170-dən çox ev zərər görüb və 1 nəfər itkin düşüb.

"Cebheinfo.az" xəbər verir ki, "Kyodo News" agentliyinin xəbərinə görə, Saganoseki bölgəsində yerləşən limanın yaxınlığında baş verən yanğın səbəbilə 180-dən çox insan təxliyə edilib.

Rəsmilər 49 min kvadratmetrlik ərazini əhatə edən yanğında 170 evin zərər gördüyünü və alovların meşəlik sahəyə sıçradığını bildiriblər.

Həmçinin 70 yaşlarında bir şəxsin itkin düşdüyü qeyd olunub.

Təxminən 12 saat boyunca alovlarla mübarizə aparan yanğınsöndürən qrupların hadisəyə müdaxiləsinin davam etdiyi bildirilib.

Yaponiyanın Baş naziri Takaiçi Sanae X sosial media platformasında etdiyi açıqlamada, yerli idarələrlə əməkdaşlıq çərçivəsində maksimum dəstək göstərəcəklərini bəyan edib.

Seçilən
49
cebheinfo.az

1Mənbələr