AZ

Rüfət Quliyev: “Paltarların kasıblara paylanması yalnız beynəlxalq təşkilatlar vasitəsilə başqa ölkələrə kömək məqsədilə ola bilər”

“Argentinada və Braziliyada ucuzlaşmaması məqsədilə yandırılan paltarlar yerli istehsal deyil. Avropada, Amerikada istehsal olunan mallardır. Orta səviyyədən yuxarı brend, lüks malları bağışlamaq, yaxud qiymətini aşağı salmaq yalnız həmin istehsalçı şirkətin özü ilə razılaşdırılandan sonra mümkündür. Ucuz və ya saxta məhsulu alanlar isə nə istəyirlərsə, edə bilərlər. Bu, təkcə Azərbaycana yox, bütün dünyaya aid olan bir praktikadır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev deyib.

 

“Avropada "ikinci əl" (second hand) layihəsi var. İşlənmiş, az müddət ərzində geyilən paltarları paylayırlar, yaxud da sata bilirlər. Bu, Avropada çoxdan var. Paltarların hamısının kasıblara paylanması yalnız beynəlxalq təşkilatlar vasitəsilə başqa ölkələrə kömək məqsədilə ola bilər. Kütləvi formada köhnə paltarları paylamaq Avropada çox azdır”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 19 Noyabr 2025, 13:12   
Seçilən
16
pravda.az

1Mənbələr