AZ

SİMA platformasının istifadəçi sayı açıqlanıb

Bakı. Trend:

SİMA platformasının istifadəçi sayı 5,5 milyonu keçib.

Trend xəbərverir ki, bunu AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiriTamerlan Məşədihəsənli bu gün Bakıda keçirilən IX BeynəlxalqBankçılıq Forumunda deyib.

O bildirib ki, SİMA ekosisteminin ilk məhsulu olan SİMA Token2021-ci ildə “E-İmza” adı ilə istifadəyə verilib.
"Platformanın ən geniş istifadə edilən xidmətlərindən biri olanSİMA İmza 2022-ci ildən tətbiq olunmağa başlayıb. Biometriyatexnologiyalarına əsaslanan xidmət hazırda bazarda kütləvi istifadəolunan rəqəmsal imza həlli kimi çıxış edir. SİMA İmza vasitəsiləhər gün milyonlarla imzalama və autentifikasiya əməliyyatı həyatakeçirib", - o vurğulayıb.

Tamerlan Məşədihəsənli bildirib ki, şirkət həmçinin 2023-cü ildəistifadəyə verilən KYC (müştərinin identifikasiyası) məhsulunu datəqdim edib: "KYC xidmətinə biometriya əsasında identifikasiya,videozəng və video-yazı modulları daxildir. Bu həll Mərkəzi Bankıntələblərinə uyğun olaraq formalaşdırılıb və maliyyə təşkilatlarınınmüştəri tanıma proseslərini avtomatlaşdırmasına imkan verir".

Seçilən
45
az.trend.az

1Mənbələr