AZ

Cloudflare kəsintiyə görə X və ChatGPT-dən üzr istədi

Cloudflare kəsintiyə görə X və ChatGPT-dən üzr istədi

İnternet infrastruktur provayderi Cloudflare-də baş verən texniki problem çərşənbə axşamı X və ChatGPT də daxil olmaqla çox sayda internet saytının əlçatmaz vəziyyətə düşməsinə səbəb olub.

Problemlər Bakı vaxtı ilə saat 15:30-dan qısa müddət sonra minlərlə istifadəçi tərəfindən kəsintiləri izləyən Downdetector saytına bildirilib. Cloudflare əhəmiyyətli bir kəsinti yaşandığını və təhdid trafikini idarə etmək üçün nəzərdə tutulan bir konfiqurasiya faylının gözlənildiyi kimi işləməməsi nəticəsində sistemin çökdüyünü açıqlayıb.

Şirkət verdiyi açıqlamada “Bu gün sizləri məyus etdiyimiz üçün müştərilərimizdən və ümumilikdə internet icmasından üzr istəyirik” ifadələrinə yer verib. Açıqlamada Cloudflare xidmətlərinin həyati əhəmiyyət daşıdığı və istənilən kəsintinin qəbuledilməz olduğu vurğulanıb.

Problemin aradan qaldırıldığı bildirilsə də bəzi xidmətlərin yenidən onlayn olarkən səhvlər verə biləcəyi qeyd olunub.

Kəsinti çox sayda tətbiq və internet saytına təsir edib. İstifadəçilər Grindr, Zoom və Canva kimi platformalarda gecikmə və bağlantı problemləri yaşadıqlarını bildiriblər. Sosial media platforması X-də bəzi istifadəçilərə Cloudflare mənşəli səhv səbəbindən daxili server problemi yaşandığına dair xəbərdarlıq mesajı göstərilib. ChatGPT istifadəçiləri də “zəhmət olmasa davam etmək üçün cloudflare.com-u bloklamaqdan imtina edin” ifadələrinin yer aldığı xəta mesajı ilə qarşılaşıb.

Seçilən
26
afn.az

1Mənbələr