AZ

DÇ-2026-da seçmə mərhələnin bombardiri

style='margin-bottom:10px;'>

DÇ-2026-nın seçmə mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, seçmə mərhələnin bombardiri Norveç millisinin hücumçusu Erlinq Haaland olub. "Mançester Siti"nin forvardı bu mərhələdə 16 qol vurub.

Bu, həm də dünya çempionatının seçmə mərhələləri tarixində Avropa zonasında qol rekordunun təkrarıdır. Polşa yığmasının hücumçusu Robert Levandovski DÇ-2018-in seçmə mərhələsində 16 qol vurmuşdu.

Avropa zonası üzrə bu seçmə mərhələdə Marko Arnautoviç (Avstriya), Memfis Depay (Niderland) və Harri Keyn (İngiltərə) 8 qolla bombardirlər siyahısında yer alıb.

 

Seçilən
17
teleqraf.com

1Mənbələr