AZ

Saytların çökməsinin əsas səbəbi bu imiş AÇIQLANDI

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Ötən gün bir sıra Azərbaycan saytlarının çökməsi kütləvi kiberhücum ehtimalını artırır. Bu tip problemlər çox vaxt serverlərin eyni anda həddindən artıq yüklənməsi ilə baş verir”. Bunu Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Həsən Qurbanov bildirib.O deyib ki, ən çox rast gəlinən səbəb DDoS hücumlarıdır:“Bu hücumda sayta çoxlu saxta trafik göndərilir və sayt işləmədən qalır. Hücumun əsas məqsədi saytı əlçatanlıqdan çıxarmaq olur. Bəzən bu cür hücumlar siyasi və ya ideoloji məqsədlərlə həyata keçirilir. Bəzən isə sadəcə zəif qorunan saytların test edilməsi üçün edilir. Çökmüş saytların bir çoxunda təhlükəsizlik səviyyəsi kifayət qədər güclü olmaya bilər. Server ayarlarında olan kiçik səhvlər belə böyük problemlərə səbəb ola bilər. Köhnə proqram versiyaları da hücumçular üçün boşluq yaradır. Saytların eyni anda dayanması hücumun koordinasiyalı olduğunu göstərir. Bərpa işləri belə hallarda bir qədər vaxt tələb edir. Problemin təkrarlanmaması üçün güclü təhlükəsizlik sistemləri qurulmalıdır. DDoS qoruma xidmətləri, firewall və daimi monitorinq bu baxımdan vacibdir. Bu hadisə göstərdi ki, Azərbaycandakı bir çox saytlar daha güclü kibermüdafiəyə ehtiyac duyur”.Leyla Turan 

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
demokrat.az

1Mənbələr