AZ

İnha Universitetində azərbaycanlı tələbələrlə görüş olub (FOTO)

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli” və Şanlı Zəfərimizin 5 illiyiçərçivəsində Koreya Respublikasının İnçeon şəhərində İnhaUniversiteti və Bakı Mühəndislik Universiteti arasında həyatakeçirilən İkili Diplom Proqramı əsasında təhsil alan azərbaycanlıtələbələrlə görüş olub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənməlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutangörüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi NərminDadayeva və Azərbaycan Respublikasının Koreya RespublikasındakıSəfirliyinin əməkdaşı Vüsalə Zeynallı da iştirak edib.

Tələbələrə komitənin və Azərbaycan Diasporuna Dəstək Fondununfəaliyyət istiqamətləri, həyata keçirilən irihəcmli layihələrhaqqında ətraflı məlumat verilib. Eyni zamanda, icma və tələbələrinfəaliyyətinin daha da genişlənməsi məqsədilə diaspor xarakteridaşıyan təkilf və ideyalar müzakirə olunub, mövcud problemlər vəgələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçininonların bu sahə ilə bağlı sualları cavablandırılıb. Azərbaycandiasporunun dünyada gördüyü işlər, diaspor təşkilatlarınınfəaliyyəti və milli həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.

Müzakirələrdə fəal iştirak edən tələbələr müxtəlif istiqamətlərüzrə öz layihələri və ideyaları haqqında fikirlərini bölüşüblər.Belə görüşlərin Cənubi Koreyada yaşayan azərbaycanlı gənclərinbirliyinin gücləndirilməsi və onların Azərbaycan diaspor hərəkatınainteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Qeyd edək ki, tədbirin təşkilində İkili Diplom ProqramınınAzərbaycan tərəfindən proqram direktoru Humay Cəfərlinin, eynizamanda, Cənubi Koreyadakı Azərbaycan icmasının fəal üzvləri LeylaMəsimli və Əzizə Hüseynzadənin də xüsusi rolu olub.

İnha
İnha
İnha
Seçilən
80
az.trend.az

1Mənbələr