AZ

Rusiyaya qarşı mübarizə aparmaq üçün yeni qurum yaratmağı təklif etdi

İtaliyanın müdafiə naziri Guido Crosetto Rusiya ilə mübarizə üçün Avropada yeni qurumun yaradılmasını təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Crosettoya görə, Moskvanın NATO ölkələrinə qarşı fəlakətli hibrid hücumlara görə məsuliyyət daşıdığı iddia edilir:

 "Hücum altındayıq və hibrid bombalar düşməyə davam edir: hərəkətə keçmə vaxtıdır".

Siyasətçi hesab edir ki, Qərbin cavab vermək üçün lazımi alətləri var, lakin daxili siyasi proseslər, Avropa İttifaqı (Aİ) və NATO-da konsensus əsaslı qərarların qəbulunun ləng tempi səbəbindən onun əks tədbirləri Rusiyanın hərəkətlərindən daim geri qalır.

 Bu problemi həll etmək üçün Crosetto 1500 nəfərlik kiber bölmə olan Avropa Hibrid Müharibəyə Qarşı Mübarizə Mərkəzi yaratmağı və süni intellekt, təchizat zəncirinin qorunması və dezinformasiyaya qarşı mübarizəyə hərbi ekspertləri cəlb etməyi təklif etdi.

Seçilən
34
1
operativmm.az

2Mənbələr