AZ

Binəqədidə ağaclar məhv edilir – Foto

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsindəki böyük meşəlik ərazi təhlükə altındadır.

Tribuna xəbər verir ki, böyük yaşıllıq ərazi göz görə-görə məhv edilir. Yaşıllıqlar uzun müddətdir suvarılmır, baxımsızlıqdan ağaclar quruyub.

Ətraf ərazidə yaşayan sakinlər bildirib ki, meşəlik ərazi zibilliyə çevrilib. Sakinlər Binəqədi rayon İcra Hakimiyyətinin bu ərazinin qorunması üçün tədbirlər görməsini tələb edir.

Sakinlər baxımsızlıqdan quruyan ağacların yeni ağaclarla əvəzlənməsini də tələb edir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Seçilən
18
2
tribunainfo.az

3Mənbələr