
“Təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün hərtərəfli araşdırma aparılır”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı məlumat verib.
O bildirib ki, təyyarə qəzası ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyi ictimaiyyətə ətraflı açıqlamalar verəcək.
Xatırladaq ki, ötən həftə Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbi qulluqçusu şəhid olub.
Daşqın HəsənovMissiya.Az