AZ

Çin xarici işlər naziri Qırğızıstanda rəsmi səfərdədir

BAKI, 19 noyabr. TELEQRAF

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van Yi Qırğızıstana rəsmi səfərə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində ölkə rəhbərliyi ilə görüşlər, Qırğızıstanın xarici işlər naziri Jenbek Kulubayev ilə danışıqlar, cari əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Strateji Dialoqun ilk iclası keçiriləcək.

Görüşün yekunu olaraq ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlər imzalanacaq.

Seçilən
13
teleqraf.com

1Mənbələr