
“Türkiyə olaraq Suriya İnqilabına kömək etməkdən qürur duyuruq”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Suriyada davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün səylərimiz davam edir:
“Suriya quruculuğunda bacı-qardaşlarımızın yanında olmağa davam edəcəyik. Suriyanın təhlükəsizliyi birbaşa bizim öz təhlükəsizliyimizlə bağlıdır”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az