AZ

Polşa Rusiyanın sonuncu konsulluğunu da bağlayır “Bu, cavab tədbirlərindən yalnız biridir...”

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Polşa Rusiyanın Qdansk şəhərində fəaliyyət göstərən son konsulluğunun da fəaliyyətini dayandırır.

“AzPolitika” xarici KİV-lərə istinadla bildirir ki, bu barədə ölkənin Xarici işlər naziri Radoslav Sikorski çərşənbə günü Seymdə açıqlama verib.

Nazir bildirib ki, rəsmi nota rusiyalı nümayəndələrə yaxın saatlarda təqdim olunacaq.

Sikorski konsulluğun bağlanmasını Varşava-Lublin dəmiryolu xəttində baş verən və Polşa istintaqı tərəfindən sabotaj aktı kimi qiymətləndirilən partlayışa cavab adlandırıb. Qeyd olunur ki, partlayışla bağlı şübhəlilər Ukrayna vətəndaşlarıdır və onların Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət etdiyi ehtimal olunur. Moskva isə ittihamları rədd edib.

Konsulluq bağlandıqdan sonra Polşada yalnız bir rus diplomatik nümayəndəliyi - Varşavadakı səfirlik fəaliyyət göstərəcək. Ukraynaya qarşı tammiqyaslı işğala başlamazdan əvvəl Rusiyanın Polşada bir neçə konsulluğu fəaliyyət göstərirdi və onların sayı tədricən azaldılıb. Poznan konsulluğu son bağlananlardan biri olub; bunun da səbəbi Vrotslavdakı zavodun yandırılması cəhdi olub və Polşa hakimiyyəti bunu da Rusiyanın fəaliyyəti ilə əlaqələndirib.

Sikorski əlavə edib ki, konsulluğun bağlanması Polşanın sabotaja qarşı cavab tədbirlərindən yalnız biri olacaq.

Kreml sözçüsü Dmitri Peskov isə jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya hər zaman hibrid və açıq müharibənin bütün mərhələlərində ittiham olunur. “Əgər ilk növbədə Rusiyanı ittiham etməsəydilər, bu tamamilə qəribə olardı”, - deyə Peskov qeyd edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
10
azpolitika.info

10Mənbələr