AZ

Antibiotiklərin əks göstərişləri hansılardır? - AÇIQLAMA

"Hər bir antibiotikin satış forması ilə birlikdə təqdim olunan təlimatında onun əks göstərişləri göstərilir. Bu məlumatlar ilk növbədə həkim tərəfindən nəzərdən keçirilməli, pasiyent də məlumatlıdırsa, təlimatla tanış olmalıdır".

Redaktor.az xəbər verir k, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi.

Onun sözlərinə görə, ən ciddi əks göstəriş dərmanın tərkibinə qarşı ağır allergik reaksiyadır. Bu reaksiyalar qəfil inkişaf edə və xəstənin həyatına təhlükə yarada bilər. Belə əlamətlər olduqda dərman qəbulu dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir:

"Bundan başqa, antibiotiklərin müxtəlif orqanlara toksiki təsiri də nəzərə alınmalıdır. Məsələn, böyrək xəstəlikləri olan pasiyentlərdə dərmanın dozası və ya qəbul intervalları korreksiya edilməlidir. Çünki böyrək funksiyası zəif olduqda dərman bədəndə toplanarak doza aşımına səbəb ola bilər. Qaraciyər xəstəlikləri də əks göstərişlər sırasındadır, çünki bəzi antibiotiklər qaraciyərə toksik təsir göstərə bilər. Bu hallarda həkim mütləq yanaşı xəstəlikləri nəzərə almalıdır. Hamiləlik də xüsusi əks göstərişlərdən biridir. Xüsusən ilk 12 həftədə dölün orqanları formalaşdığından müəyyən antibiotiklər teratogen təsir göstərərək inkişaf qüsurlarına səbəb ola bilər. Buna görə hamiləlik zamanı dərman seçimi çox ehtiyatla aparılmalıdır".

Nuriyyə NATİQQIZI

Seçilən
55
1
redaktor.az

2Mənbələr