AZ

Qazaxıstanda qədim yaşayış məskəni tapılıb

Arxeoloqlar Şərqi Qazaxıstan bölgəsində Tunc dövrünə aid böyük yaşayış məskəni kəşf ediblər. Bu tapıntı həmin bölgənin qədim cəmiyyətlərinin həyatı haqqında anlayışı dəyişdirə bilər.

Bakıvaxtı.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, təxminən 140 hektar ərazini əhatə edən qədim yaşayış məskəni beynəlxalq arxeoloqlar qrupu tərəfindən kəşf edilib.

Şəhər İrtış vadisinin yaxınlığında, Semiyarka kimi tanınan ərazidə yerləşir. Alimlər onun eramızdan əvvəl 1600-cü illərdə ticarət, hakimiyyət və metallurgiyanın mühüm mərkəzi ola biləcəyini ehtimal edirlər.

Semiyarka özünün qeyri-adi şəkildə kəsişən vadilər sisteminə görə “Yeddi yarğan şəhəri” adlanır. Qədim yaşayış məskəninin ilk izləri 2000-ci illərin əvvəllərində aşkar edilmişdi, lakin tammiqyaslı qazıntılar yalnız 2018-ci ildə başlayıb. O vaxtdan bəri Böyük Britaniya və digər ölkələrdən olan arxeoloqlar orada binaların və saxsı qabların fraqmentlərini aşkar ediblər. Onlar ərazidə azı 114 qabın fraqmentləri ilə yanaşı, həm də metallurgiya istehsalının izlərini - çubuqlar, şlaklar və alətləri tapıblar.

Tədqiqatçılar qazıntı aparmadan yeraltı tikililəri aşkar etməyə imkan verən maqnitometriya metodundan istifadə ediblər. Bu metod onlara azı on beş tikili aşkar etməyə imkan verib ki, bunlardan bəziləri daxili otaqları olan evlərə bənzəyir.

Seçilən
35
2
bakivaxti.az

3Mənbələr