AZ

2025-ci ilin ən yaxşı klubu mükafatı üçün namizədlər açıqlandı

"Globe Soccer Awards" təşkilatı 2025-ci il üçün “Dünyanın ən yaxşı klubu” nominasiyasına namizədlərin siyahısını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, məlumat qurumun "X" sosial şəbəkəsində yayımlanıb.

Siyahıya aşağıdakı komandalar daxil edilib:

"Əl-Əhli", "Barselona", "Bavariya", "Çelsi", "Kristal Pelas", "Flamenqo", "İnter", "Liverpul", "Napoli", "Nyukasl", "Palmeyras", PSJ, PSV, "Piramids", "Sportinq", "Tottenhem".

Qeyd olunur ki, "Globe Soccer Awards" hər il futbol sahəsində ən böyük nailiyyət göstərən şəxs və klublara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edir. Qaliblər səsvermə yolu ilə müəyyənləşdirilir.

Xatırladaq ki, 2024-cü ilin ən yaxşı klubu Madrid “Real”ı seçilmişdi.

Seçilən
55
90deqiqe.az

1Mənbələr