AZ

Çingiz Cakipov: Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Türk Qırmızı Şəbəkəsinə sədrliyi ilə yeni inkişaf əldə edəcəyik

Bakı, 19 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Bu gün beş milli cəmiyyətin, liderlərin iştirak etdiyi Türk Qırmızı Şəbəkəsinin iclası keçirildi. Bu Şəbəkə 2024-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə yaradılıb. Bizim ölkə il ərzində şəbəkəyə rəhbərlik etdi. Bu gün Bakıda görüş təşkil etdik və sədrlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinə keçdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin və Türk Qırmızı Şəbəkəsinin prezidenti Çingiz Cakipov deyib.

O bildirib ki, şəbəkə bütün türk milli cəmiyyətlərinin əsas çağırışlara birgə cavab verməsi üçün yaradılıb. “Bu şəbəkənin fəaliyyəti çox vacibdir. Biz bütün türk milli cəmiyyətləri ilə birlikdə birləşməli və vahid qüvvəyə çevrilməliyik. Bizi böyük gələcək gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəbəkəyə sədrliyi ilə biz yeni təkan və inkişaf əldə edəcəyik", - deyə Çingiz Cakipov qeyd edib.

Seçilən
81
2
azertag.az

4Mənbələr