Lehmannın evində baş verən oğurluqla bağlı polis əməkdaşlarının araşdırma başlatdığı və istintaqın davam etdiyi bildirilib. Oğruların hansı əşyaları götürdüyü və hadisənin maddi ziyanı barədə hələlik rəsmi açıqlama verilməyib. KEÇƏN İL DƏ OXŞAR HADİSƏ YAŞANMIŞDI Alisha Lehmann, "Juventus"da çıxış etdiyi dövrdə də oxşar hadisə ilə üzləşmişdi. Torino şəhərindəki evinə girən oğrular təxminən yarım milyon avro dəyərində əşya oğurlamışdılar. Məşhur futbolçunun qısa müddət ərzində ikinci dəfə oğurluq hadisəsinin qurbanı olması diqqət çəkib.
