AZ

Məşqçisi qol vura bilməyən Morataya dəstək verdi

Bu yay ''Qalatasaray''dan ayrılaraq İtaliyaya qayıdan və ''Komo'' ilə anlaşan Alvaro Morata karyerasının böyük hissəsində olduğu kimi yenə çox aşağı məhsuldarlıq sərgiləyir.

"Football-plus.az" xəbər verir ki, təcrübəli ispaniyalı forvard yeni klubunda hələ də qol hesabını aça bilməyib! O, 13 qarşılaşmada aktivinə yalnız 1 məhsuldar ötürmə yazıb. Moratanın transferini tələb edən ''Komo''nun çalışdırıcısı Fransesk Fabreqas bu futbolçunun durumu barədə açıqlamalar verərək bunları deyib: ''Bəli, Morata hələ ki, qol vura bilmir. Onun dəstəyə ehtiyacı var. Çətin və üzücü bir dönəmdən keçir. Amma çox istedadlı futbolçudu və toparlanacağına əminəm. ''Kalyari''yə qarşı son matçda heç də pis oynamadı. Oyundan çıxarkən fanatlar çox doğru addım ataraq onu alqışladılar''.

Seçilən
64
1
football-plus.az

2Mənbələr