AZ

Aİ “Hərbi Şengen” yaradır

Avropa Komissiyasının Kollegiyası bu gün Avropa İttifaqında hərbi mobilliyin artırılması və qoşunların, texnikanın sürətli və maneəsiz hərəkətini təmin etmək üçün "hərbi çeviklik" üzrə təkliflər paketini təsdiqləyib.

Aznews.az xəbər verir ki, bu bardədə “Evropeyskaya Pravda” məlumat yayıb.

Təkliflər paketini Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təqdim edib. Layihənin əsas məqsədi 2027-ci ilə qədər bütün Avropanı əhatə edən “hərbi Şengen” məkanının yaradılmasıdır. Bu, Avropa boyunca qoşunların və hərbi texnikanın hərəkətini daha sürətli, təhlükəsiz və koordinasiyalı edəcək.

Seçilən
13
3
aznews.az

9Mənbələr