Avropa İttifaqı (Aİ) Komissiyası 27 üzv dövlət arasında fövqəladə hallarda hərbi mobilliyin təmin edilməsi və 2027-ci ilə qədər “Hərbi Şengen” zonasının yaradılması məqsədi daşıyan yeni planını açıqlayıb.
“Hərbi Mobillik Paketi” kimi təsvir edilən plan fövqəladə hallarda normal daşıma qaydalarını dayandırmağı, üzv dövlətlər arasında sərhədlərdən hərbi hissələrin və texnikanın sürətli və geniş şəkildə hərəkətini təmin etməyi hədəfləyir.
Busaat.az xəbər verir ki, yeni plan Aİ-ni “Hərbi Şengen” zonasının yaradılmasına bir addım yaxınlaşdırır.
Plan 2027-ci ilə qədər Aİ üzvləri arasında hərbi hissələrin və texnikanın daha sürətli, daha təhlükəsiz və daha koordinasiyalı hərəkətini təmin etməyi hədəfləyir. Onun məqsədi tənzimləyici maneələri aradan qaldırmaq və ilk dəfə olaraq bütün üzv dövlətlər üçün hərbi mobillik üçün Aİ səviyyəsində uyğunlaşdırılmış qaydalar yaratmaqdır.
Plan hərbi hərəkətlər üçün aydın qayda və prosedurları müəyyən edir.
Yeganə