Yamayka yığmasının baş məşqçisi Stiv Maklaren tutduğu vəzifədən ayrıldığını açıqlayıb.
QOL.az xəbər verir ki, 64 yaşlı mütəxəssis Kurasao millisi ilə heç-heçədən (0:0) sonra komandanın DÇ-2026-ya birbaşa vəsiqə qazana bilməməsi səbəbindən bu qərarı qəbul edib. İngiltərəli çalışdırıcı futbolun nəticəyə əsaslandığını və qarşıya qoyulan hədəfə çata bilmədikləri üçün postunu tərk etdiyini vurğulayıb.
Qeyd edək ki, 2024-cü ilin yayından yığmaya rəhbərlik edən Maklarenin gedişindən sonra komanda mübarizəni qitələrarası pley-off mərhələsində davam etdirəcək.