AZ

Bayraq Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib - FOTO

Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağının ölçüləri yenidən müəyyən olunaraq yeni rekord kimi təsdiqlənib.

Aznews.azxəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Ginnesin Rekordlar Kitabının münsifi və beynəlxalq ekspertlər tərəfindən aparılan ölçmə işlərinin nəticələrinə əsasən, Meydandakı Azərbaycan Bayrağı Ginnesin Rekordlar Kitabında eni 40 metr, uzunluğu isə 80 metr olaraq qeydə alınıb.

2024-cü ilin noyabrında bu göstəricilər uyğun olaraq 36 metr və 72 metr kimi təsdiqlənmişdi.

Seçilən
126
19
aznews.az

10Mənbələr